Bəhlul Mustafazadənin baş tutmayan transferindən kim(lər) qazandı?

28 İyul 2021 20:20 Problem 1 729
Bəhlul Mustafazadənin baş tutmayan transferindən kim(lər) qazandı?

Bəhlul Mustafazadənin Birləşmiç Ərəb Əmirliklərinə - “Əl-Əyn”ə yollanmamasından 3 tərəf qazandı: özü, sabiq klubu "Sabah" və yeni klubu "Qarabağ".

- "Sabah "Əl-Əyn"i məhkəməyə verib, 500 min avronun müəyyən hissəsini təzminat olaraq alacaq.

- Bədavi Hüseynovun yoxluğunda "Qarabağ" ən yaxşı yerli stopperlərdən birini havayı əldə etdi.

"Qarabağ" "Sabah"dan müqaviləsi davam edən Bəhlulu istəsə, 200-300 min manat transferə pul ödəməliydi. Belədə isə, ancaq əməkhaqqı ödəyəcək. Fikrimcə, 250-300 min manat.

- Bəhlul BƏƏ-yə getsə, heyətə düşməyəcək, geriləyəcəkdi. Onun üçün Azərbaycanda ən yaxşı variant "Qarabağ"dır.

Həm maddi baxımdan irəli düşdü, həm də peşəkar bir mühitdə olacaq. "Sabah"da müxtəlif məşqçilərin əlinin altında inkişafdan qalmışdı.

Qurban Qurbanov onu Azərbaycanın 1 nömrəli stopperi eləyə bilər. Yetər ki, özü də bunu istəsin.

Ceyhun Rzayev

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...