"Mən də ağladım" - Ronaldonun ən ağır anı

24 İyul 14:53 Problem 328
"Mən də ağladım" - Ronaldonun ən ağır anı

"Yuventus"un ulduzu Kriştianu Ronaldo karyerasındakı ən ağır anı xatırlayıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu "Goal" nəşrinə açıqlamasında ölkəsinin "Sportinq" klubuna keçidini və bu məqsədlə Lissabona gedişini vurğulayıb.

36 yaşlı forvard bildirib ki, həmin vaxt ailəsi ilə vidalaşmaq çox çətin olub: "Onların gözündə gün eynəkləri olsa da, yanaqlarından süzülən yaşları görürdüm.

Gözlərimin qarşısında bu görüntü ilə təyyarəyə minməyə getdim. Bu, karyeramın ən çətin anı oldu. Mən də ağladım. Çünki ailəm Madeyrada qaldı".

Kriştianu Ronaldo karyerası ərzində "Sportinq"dən əlavə, İngilətərənin "Mançester Yunayted" və İspaniyanın "Real Madrid" klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti