Azərbaycan çempionu müdafiəçisini görün hansı kluba icarəyə verdi!

18 İyun 22:40 Sabah 968
Azərbaycan çempionu müdafiəçisini görün hansı kluba icarəyə verdi!

“Sabah” Andrey Santosu icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi “İberiya”ya keçib.

Bu barədə Gürcüstan təmsilçisi məlumat yayıb.

Braziliyalı Santos ötən ilin yayında "Sabah"a qoşulub. O, başa çatan mövsümdə Premyer Liqada 6 oyuna çıxıb.

"İberiya" "Sabah"ın Konfrans Liqasındakı potensial rəqibidir. Paytaxt təmsilçisi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) uduzarsa, KL-in 2-ci təsnifat mərhələsində “Flora” (Estoniya) – “İberia 1999” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!