Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olub.
Sportinfo.az xəbər verir ki, əfsanəvi ulduz DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Avstriya ilə matçda mundiallar tarixindəki 18-ci qoluna imza atıb.
ABŞ-nin Arlinqton şəhərindəki “AT&T” stadionunda baş tutan qarşılaşmanın 39-cu və 90+5-ci dəqiqəsində fərqlənən Messi turnirdəki qollarının sayını 5-ə çatdırıb.
Bununla da argentinalı kapitan dünya çempionatlarında 16 qolu olan almaniyalı sabiq hücumçu Miroslav Klozeni geridə qoyaraq mütləq rekorda sahib çıxıb.
Siyahının 3-cü pilləsində isə aktivində 15 qol olan braziliyalı ulduz Ronaldo Nazario qərarlaşıb.

