"Sabah"ın Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.
Sportinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Azərbaycan təmsilçisi bu raundda səpələnməmişlər səbətində yer alacaq.
Ölkə çempionunun mümkün rəqibləri bunlardır: "Srvena Zvezda" (Serbiya), Dinamo (Zaqreb, Xorvatiya), "Slovan" (Slovakiya), Lex (Poznan, Polşa), "Sele" (Sloveniya), "Omoniya" (Kipr), "Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi, "Hapoel" (Beer-Şeva, İsrail), "Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi, "Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi, "Borats" (Bosniya və Herseqovina) - "Levski" (Bolqarıstan) cütünün qalibi.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.
"Sabah" turnirin I təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

