Karyerasını “Qəbələ”də bitirdi, ABŞ-də işlədi, indi “Sabah”ın məşqçisi olacaq

18 İyun 12:40 Sabah 1 310
Karyerasını “Qəbələ”də bitirdi, ABŞ-də işlədi, indi “Sabah”ın məşqçisi olacaq

“Sabah” və “Qəbələ”nin sabiq müdafiəçisi Zurab Oçiqava yenidən Azərbaycana qayıdır.

Sportinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu ölkənin gənclər millisinin keçmiş oyunçusu bu dəfə məşqçi kimi fəaliyyət göstərəcək.

2024-cü ilin yayında “Qəbələ”dən ayrıldıqdan sonra 29 yaşında futbolçu karyerasını başa vuran Oçiqava ABŞ-a köçərək orada uşaq futbolunda məşqçi qismində fəaliyyət göstərib.

Məlumatda bildirilir ki, Oçiqava 2021-2023-cü illərdə ölkəmizdə formasını geyindiyi “Sabah”ın məşqçisi olacaq. Lakin onun “Sabah”ın konkret hansı komandasında çalışacağı qeyd olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!