“Bu, məşqçilik həyatımda yenilik oldu”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Sportinfo.az-a açıqlamasında belə deyib.
İdman Arbitraj Məhkəməsi (CAS) “Turan Tovuz”un müraciəti ilə bağlı qərarını açıqlayıb.
Qurum UEFA Apelyasiya Orqanının klub haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.
15 iyun tarixində verilən qərara əsasən bütün idman prinsiplərinə riayət edərək vəsiqə qazanan “Turan Tovuz” Konfrans Liqasının 2026/2027-cı illər mövsümündə iştirak etməyəcək.
Beləliklə, bu qərardan sonra 2026/27 mövsümündə “Neftçi” Azərbaycanı Konfrans Liqasının 2-ci, “Zirə” isə 1-ci mərhələsində təmsil edəcək.
Məlumdur ki, “Zirə” xoş sürprizə hazır deyildi. Belə vəziyyətdə Konfrans Liqasında iştirak etmək lazım idi?
Rəşad Sadıqovun cavabını dinləyək:
“Ani verilən qərardan sonra qısa müddətdə çıxış yolu tapıb, qarşıdakı oyunlara lazımınca hazırlaşmalıyıq.
İxtiyarımızda olan futbolçularla “Torpedo” kimi təcrübəli rəqibə qarşı layiqli futbol sərgiləyib mərhələni adlamağa çalışacağıq.
Azərbaycanı layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

