"Srvena Zvezda", “Lex”, “İnter”... “Sabah” üçün darıxanlar

13:20 Sabah 290
"Srvena Zvezda", “Lex”, “İnter”... “Sabah” üçün darıxanlar

"Sabah"ın Çempionlar Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

Səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi mərhələ adlayacağı təqdirdə "Srvena Zvezda" (Serbiya), "Lex" (Poznan, Polşa), "Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi, "Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi və ya "Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

"Sabah" turnirin I təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti