Murad Kiprdə qısa ətəkli xanımın sorğu-sualı ilə üz-üzə qaldı

21:20 Müsahibə 312
Murad Kiprdə qısa ətəkli xanımın sorğu-sualı ilə üz-üzə qaldı

Azərbaycanlı futbolçu Murad Məmmədov rəsmən “Pafos”lu olub.

Kipr klubu “Neftçi”nin yetirməsini sosial şəbəkə hesablarında azarkeşlərə təqdim edib.

Təqdimetmədən sonra 21 yaşlı həmyerlimiz klubun xanım əməkdaşının suallarını cavablandırıb.

- Favoritin hansı futbolçudur?

- Lionel Messi.

- Əslində, soruşmaq istəyirdim ki, Messi, yoxsa Ronaldo?

- Ronaldo deməyəcəyəm. Çünki Messi dünya futbolunun kralıdır.

- Sevdiyin rəng hansıdır?

- Qara.

- Bəs, sevdiyin yemək?

- Milli yeməklərimizdən olan plovu sevirəm. Düyü və ətdən ibarət olur.

- Nə gözək. Sən bir də Kiprin milli təamlarından olan pastiçio və kupepiyanın dadına baxarsan. Çox dadlıdır.

- Mütləq test edəcəyəm.

- Karyeranın ən gözəl anı hansıdır?

- İlk dəfə “Neftçi”nin ıəsas komandasında Premyer Liqada “Şamaxı”yla oyunda meydana çıxmışdım. Debüt matçında qol vurmaq həqiqətən yaxşı alınmışdı. Bu, karyeramın ən unudulmaz anı kimi yadımda qalıb.

- Səhər, yoxsa axşam məşqi?

- Hava istidirsə, səhər məşq etmək xoş olur. Yox, normaldırsa, o zaman axşam.

- “Pafos”u seçməyinin səbəbi nədir?

- Ötən il “Pafos”un matçını izləmişdim və komandanın oyunu mənə xoş gəlmişdi. Düşünürdüm ki, bura gəlməyim karyeramın yükəlişi baxımından faydalı ola bilər. Bir dəfə evdə oturmuşduq, atama dedim ki, təsəvvür et, bir gün mən bu komandada Avropa Liqasında oynayıram, sən də məni izləyirsən. Dedi, inşallah. Və budur, mən artıq buradayam, “Pafos”dayam. Özümü olduqca xoşbəxt hiss edirəm.

- Hansı nömrəni seçmisən?

- “47”ni.

- Niyə məhz “47”?

- Futbolda ilk addımlarımı atanda müdafiədə çıxış edirdim. O dönəmdə “4” nömrəli formada oynayırdım. Yeni baş məşqçi gələndən sonra məni vinger mövqeyində şans verdi deyə, “7”ni seçdim. Əsas komandaya cəlb olunanda bir nömrə gördüm, burada “4”lə “7”nin vəhdəti yaranmışdı. “47”ni seçmək qərarına gəldim. Favorit nömrəmi bilmək istəyirsiniz, bu, “77”dir.

- Demək ki, “7”lərin hər biri sənin üçün uğur sayılır.

- Doğru buyurursunuz.

HƏBİB hazırladı

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti