Transfer etdilər - Portuqaliyalı ilə 2 illik müqavilə bağlanıldı

23 İyun 22:40 Zirə 659
Transfer etdilər - Portuqaliyalı ilə 2 illik müqavilə bağlanıldı

“Zirə” sıralarına daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Da Silva Tavareş Viera “Vierinya”nı transfer edib. Portuqaliyalı yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.

29 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” və Kiprin “Olimpiakos”(Nikosiya) klublarında çıxış edib.

"Zirə" bunadək Amin Seydiyev (son klubu "Sabah"), Maykon Kleyton (son klubu “Portimonense”, Portuqaliya) və Ayxan Hüseynovu (son klubu "Turan Tovuz") heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti