“Şamaxı”lılar “Sabah” rəhbərliyinin hansı xahişini yerinə yetirdi?

15:15 Sabah 339
“Şamaxı”lılar “Sabah” rəhbərliyinin hansı xahişini yerinə yetirdi?

Bilindiyi kimi, “Sabah” heyətinə yeni legioner qatıb.

Masazır təmsilçisi Rodriqo Fernandeşlə razılığa gəlib.

Onunla 2 illik müqavilə bağlanıb.

25 yaşlı yarımmüdafiəçi son olaraq “Şamaxı”nın formasını geyinib.

“Sportinq”in yetirməsi bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici heyətində də meydana çıxıb.

Portuqalıyalı mart-may ayları ərzində “Şamaxı“nın düşərgəsində yer alıb və cəmi üç-dörd dəfə qazona ayaq basıb.

Əslinrdə, o, həmin vaxt “Sabah“ üçün Azərbaycana gəlibmiş. Valdas Dambrauskas 7-8 ay klubsuz qalmış, oyun praktikasının azlığından əziyyət çəkmiş avropalını götürməyə risk etməyib.

Litvalı baş məşqçi onun başqa bir komandaya qısamiüddətli icarəyə verilməsini istəyib. Belədə “Sabah“ rəhbərliyi Ayxan Abbasova müraciət edib.

“Şamaxı“nın çalışdırıcısı yaxın münasibətdə olduğu şəxslərin xahişini yerə salmayıb. İştirak ərizəsində boş yer olduğu üçün onunla müqavilə imzalanmasına razılıq verib.

Onun həm üzvlük haqqı, həm də 3 aylıq məvacibi “bayquşlar“ tərəfindən qarşılanıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti