"Sabah” yeni mövsümə hazırlığı Avstriyanın Tirol bölgəsində davam etdirir.
Amma heç də hər kəs təlim-məşq toplanışında iştirak etmir.
Məsələn, Abdulla Rzayev kollektivdən uzaq düşüb.
Arxada qalan mövsümü icarə əsasında "Turan Tovuz" və "Şamaxı"da keçirən müdafiəçinin xidmətində Valdas Dambrauskas maraqlı idi.
Əcnəbi mütəxəssis millimizin sabiq üzvünü iş başında görmək istəyirdi.
Lakin sənədlərində problem yaranmış 24 yaşlı oyunçu vətəni tərk edə bilməyib.
Klub hazırda bu yöndə aktiv çalışır.
Problem aradan qaldırılan kimi Rzayev Avstriyaya yola düşəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

