Azərbaycan kubokunu almağa rəqs edərək getdilər - VİDEO

04:00 Sabah 75
Azərbaycan kubokunu almağa rəqs edərək getdilər - VİDEO

Misli Premyer Liqasının 2025/26 mövsümünün qalibi bəlli olub.

Azərbaycan çempionunun adına sona 4 tur qalmış aydınlıq gəlib.

72 xala malik “Sabah” ən yaxın izləyicisi üçün əlçatmaz olub. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda bununla da tarixində ilk dəfə Azərbaycan çempionu adını qazanıb.

“Sabah” 1992-ci ildən keçirilən turnirin tarixinə 9-cu çempion kimi düşüb.

Cari mövsümə qədər 8 komanda bu titula sahib çıxıb. “Qarabağ” 12, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı”, “İnter” (indiki “Şamaxı”) hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə ölkənin ən güclüsü olub.

“Sabah” son 18 mövsümdə bu siyahıya düşən ilk komandadır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməmişdi.

“Sabah”ın futbolçularına çempionluq kuboku və medallar təqdim edilib.

Sportinfo.az xəbər verir ki, “bayquşlar” kuboku almağa ailələri ilə birgə rəqs edərək gediblər.

Həmin görüntüləri təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!