"Sabah" Andrey Santosun ardınca daha bir gənc legionerini icarəyə verə bilər.
Söhbət Stephen Endedən gedir.
Baş məşqçi Valdas Dambrauskas 20 yaşlı hücumçunun çıxışından narazıdır.
Əcnəbi mütəxəssis nigeriyalı forvardın təcrübə qazanması üçün bir müddət icarəyə verilməsinin tərəfdarıdır.
Bu yöndə bir neçə klubla danışıqlar gedir.
Ende bu mövsüm "Sabah" formasında keçirdiyi 9 matçda heç nə ilə yadda qalmayıb.
"Bayquşlar" müdafiəçisi Andrey Santosu Gürcüstanın "İberiya" klubuna icarəyə verib.
XANOĞLAN / SPORTİNFO.AZ

