“Sabah”da Premyer Liqanı qazandı, Cənubi Koreyada müqavilə bağladı

18 İyun 09:20 Sabah 1 417
“Sabah”da Premyer Liqanı qazandı, Cənubi Koreyada müqavilə bağladı

"Sabah"dan ayrılan Cesse Sekidika karyerasını Cənubi Koreyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, nigeriyalı hücumçu bu ölkədə "Kanvon" ilə müqavilə imzalayıb.

29 yaşlı forvard K 1 Liqasında çıxış edəcək. "Kanvon" hazırda 15 turdan sonra 24 xalla dördüncü pillədə qərarlaşıb.

Cesse Sekidika 2023-cü ildən "Sabah"ın formasını geyinib. O, "bayquşlar"la iki dəfə Azərbaycan Kubokunun, bir dəfə isə Premyer Liqanın qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!