“Neftçi” Almaniyıa yığmasının oyunçusu ilə danışıqları dayandırdı - SON DƏQİQƏ

20:00 Neftçi 2 228
“Neftçi” Almaniyıa yığmasının oyunçusu ilə danışıqları dayandırdı - SON DƏQİQƏ

“Atromitos”un sol vingeri Makana Bakunun “Neftçi”yə keçidi alınmayıb.

Bu haqda saytımıza klubdan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, Yunanıstan klubu ilə müqavilə müddəti bu ayın sonuna qədər olan almaniyalı hücumameylli oyunçu ilə danışıqlar geridə qalıb.

İyulun 1-dən azad agent statusu daşıyacaq 28 yaşlı yarımmüdafiəçi ona təklif edilən müqavilə şərtləri ilə razılaşmayıb.

Almaniya, Polşa, Rusiya, Ukrayna Türkiyə və Polşa klublarının maraqlandığı Baku onlardan birinin dəvətini dəyərləndirmək fikrindədir.

Makana Baku ötən mövsüm 40 oyunda 13 qol vurub, 8 məhsuldar ötürmə verib.

Vaxtilə Almaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş vinger «Maynts 05»in yetirməsidir.

O, karyerası ərzində yerli «Qonsenheym», «Sonnenhof» və «Holsteyn Kyel»in, həmçinin Polşada «Varta Poznan»la «Legiya Varşava»nın və Türkiyədə «Göztepe»nin uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti