“Bir onu deyə bilərəm ki, orada böyük təcrübə qazandım”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev deyib.
O, 2 il öncə “Qarabağ”a böyük ümidlərlə getsə də, “Sabah”dakı oyununu göstərə bilmədi və geri qayıtdı. Buna nə səbəb oldu? Niyə alınmadı?
30 yaşlı səbəbkarı dinləyək:
“Bəlkə də nəvaxtsa bu barədə kitab yazacam (gülür). Ancaq indiki məqamda geniş danışmağın, detallara varmağın mənası yoxdur.
Futbol, yoxsa həyat təcrübəsi? Hər ikisi. Hər gün yeni nəsə öyrənməyə çalışırdım və dayanmaq fikrim yox idi.
O dönəmdə mənə kömək edən, zədədən sonra bərpa olunmağımda rolu keçən hər kəsə təşəkkür edirəm. Çünki son 2 ildə zədələrdən çox əziyyət çəkdim.
Məşqçilər heyəti, personal, futbolçu yoldaşlarım - hamı yardım əliniz uzadır ki, tezliklə əvvəlki formama qayıdım.
Yenə deyirəm, “Qarabağ”da keçən günlərimə görə oradakı insanlara təşəkkür edirəm”.

