Yığmanın iki futbolçusu koronavirusa yoluxdu - Tokio-2020

19 İyul 2021 00:00 Problem 839
Yığmanın iki futbolçusu koronavirusa yoluxdu - Tokio-2020

CAR-ın olimpiya yığmasının iki futbolçusunda koronavirus testi müsbət nəticə verib.

Sportinfo.az xəbər verir ki, CAR Futbol Assosiasiyası komandanın video-təhlilçisində də yoluxma aşkarlayıb.

Hazırda bütün kollektiv karantindədir. Onlar məşqlərə başlamaq üçün bu gün verdikləri təkrar testin nəticələrini gözləyirlər.

CAR Tokio-2020 Yay Olimpiya Oyunlarında Yaponiya, Meksika və Fransa ilə birgə A qrupunda yer alacaq. Futbol turniri 22 iyul - 7 avqustda təşkil olunacaq. Olimpiadaya isə avqustun 8-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i