Lesbiyan futbolçu ittiham etdi: “Mənim həyatım daha ucuzdur?” - FOTOLAR

14 İyul 2021 23:30 Problem 1 882
Lesbiyan futbolçu ittiham etdi: “Mənim həyatım daha ucuzdur?” - FOTOLAR

“Çelsi”nin lesbiyan futbolçusu Maqdalena Eriksson UEFA-nı tənqid edib.

Sportinfo.az xəbər verir ki, UEFA Avropa çempionatının oyunları zamanı göy qurşağı rənglərindən istifadəyə icazə verməmişdi. Maqdalena bu qərarı ədalətsiz hesab edib:

“Bu o deməkdir ki, mənim həyatım daha ucuzdur? Kimsə fərqli həyat tərzi yaşayırsa, ona belə münasibət göstərilməlidir. Bu, qorxuludur.

Cəmiyyət həmişə inkişaf etmir, irəliyə doğru addım atmır. Avropa çempionatı UEFA üçün yaxşı platforma idi.

Nümayiş etdirə bilərdi ki, hər kəs bərabərdir və insan hüquqları müzakirə mövzusu ola bilməz.

Ümid edirəm ki, bir müddətdən sonra dünya dəyişəcək. Hər hansı kişi futbolçu özünün olduqca komfort hiss edəcək. Amma etiraf edək ki, bu məqam indi deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...