AFFA 2 məşqçiyə xəbərdarlıq etdi, 1 ay vaxt verdi

12 İyul 2021 09:40 Problem 1 862
AFFA 2 məşqçiyə xəbərdarlıq etdi, 1 ay vaxt verdi

AFFA «Pro» kateqoriyalı kurslara qatılan 2 məşqçiyə xəbərdarlıq edib.

Bu barədə Sportinfo.az-a federasiyadan bildirilib.

Belə ki, İlham Yədullayevlə Vüqar Əsgərliyə 1 ay vaxt verilib. Hər iki mütəxəssis bu müddətdə hansısa klubda çalışmağa başlamasa, seminarlardan kənarlaşdırılacaq.

Yədullayev son ilyarıımı «Turan Tovuz»da keçirib. Qərb klubu I Divizionun son mövsümündə çempion ola bilmədiyi üçün onunla müqşaviləni uzatmayıb.

Qızlardan ibarət U-17 yığmasını çalışdıran Vüqar Əsgərli isə MOİK-in məşqçi korpusundan uzaqlaşdırılıb.

UEFA-nın tələblərinə əsasən, «Pro» kateqoriyası almaq istəyən məşqçilər yüksək və aşağı liqa təmsilçilərində fəaliyyət göstərməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...