XİN rəhbəri UEFA-ya qəzəbləndi: “Zavallı və qorxaq orqan”

11 İyul 2021 22:00 Problem 931
XİN rəhbəri UEFA-ya qəzəbləndi: “Zavallı və qorxaq orqan”

Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto UEFA-nın Avro-2020 qarşılaşmaları zamanı diskriminasiya xarakterli insidentlərə görə Macarıstan millisinə üç oyun azarkeşsiz oynamaq cəzası verməsini tənqid edib.

Sportinfo.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Facebook” hesabında yazıb.

“Meydana çıxıb himn oxuyan oyunçuları təhrik edə, qapıçının gözünə lazerlə işıq sala, yad cisimlər ata bilərsiniz, ancaq möhtəşəm atmosfer yaradıb oynamaq olmaz. Bu cür qərarı qəbul edən komitə zavallı və qorxaq orqandır”, - deyə nazir bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...