COP29

"Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxır ki..."

15 İyun 14:30 Problem 1 303
"Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxır ki..."

Xəbər verdiyimiz kimi, bu gün parlamentdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Müzakirələrdə bəzi cərimələrin artırılması məsələlərinə baxılıb.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov layihəyə münasibət bildirib.

Ekspert hesab edir ki, cərimələrin tez-tez artırılması yaxşı hal deyil:

“Layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur. Bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni 1 il bundan əvvəl bəzi cərimələr artırılmışdı. Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil. Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır.

Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil. Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir.

Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxır ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni 2 dəfə artırmaq zərurəti var?”

Ə. Hüseynov qeyd edib ki, bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?