“Moskva Qarabağla bağlı bütün tərəflərlə əlaqə saxlayır”

19 İyun 2021 02:52 Problem 1 215
“Moskva Qarabağla bağlı bütün tərəflərlə əlaqə saxlayır”

“Moskva Dağlıq Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün Ankara, Bakı və İrəvanla sıx təmasdadır”.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Ankara, Bakı və İrəvanla sıx təmasdayıq və hesab edirik ki, istənilən addım Zaqafqaziyada vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun inkişafına, nəqliyyat logistikasına kömək etməli, vəziyyəti ümumiyyətlə düzəltməlidir və gərginliyə səbəb ola biləcək hər hansı bir element ehtiva etməməlidir”, - deyə Peskov əlavə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda səfərdə olarkən jurnalistlərə açıqlamasında rusiyalı həmkarı Vladimir Putinlə yaxın gələcəkdə görüşəcəyini bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı