Rusiya və Ermənistan sərhəddəki vəziyyəti müzakirə etdi

17 İyun 2021 23:10 Problem 19 797
Rusiya və Ermənistan sərhəddəki vəziyyəti müzakirə etdi

Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Vaqarşak Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Tərəflər, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsini müzakirə ediblər.

Nazirlər telefon danışığı zamanı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Rusiya-Ermənistan əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”