Slovakiya millisinin futbolçusunda koronavirus aşkarlandı

17 İyun 2021 19:50 Problem 1 006
Slovakiya millisinin futbolçusunda koronavirus aşkarlandı

Avropa çempionatında iştirak edən Slovakiya millisində koronavirusa yoluxma halı aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Ştefan Tarkoviç açıqlayıb.

48 yaşlı mütəxəssisin sözlərinə görə, komandanın yarımmüdafiəçisi Denis Vavrodan götürülmüş analiz nəticəsi müsbət çıxıb. Onunla yanaşı, millinin nümayəndələrindən biri də infeksiyaya yoluxub.

E qrupundakı ilk oyunda Polşa yığmasını 2:1 hesabı ilə məğlub edən Slovakiya növbəti matçını sabah İsveçə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”