Belçika millisinin futbolçuları Kevin de Breyne və Aksel Vitsel AVRO-2020-nin qrup mərhələsinin II turunda meydana çıxa bilər.
Sportinfo.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Roberto Martines açıqlayıb.
O bildirib ki, zədə səbəbindən Rusiya ilə qarşılaşmanı (3:0) buraxan yarımmüdafiəçilər növbəti matça hazırdır.
Hər iki oyunçu Danimarka ilə bugünkü görüşdə meydana çıxa bilər. Martines qeyd edib ki, de Breynenin neçə dəqiqə tam gücü ilə oynaya bilməsi hələ dəqiq bəlli deyil.
Belçika və Danimarka arasında qarşılaşma bu gün saat 20:00-da başlayacaq.

