"Əgər onların Ermənistana təhvil verilməsiylə..."

16 İyun 2021 09:00 Problem 836
"Əgər onların Ermənistana təhvil verilməsiylə..."

Nikol Paşinyan haqqında heç zaman açıq danışmadığı minalanmış ərazinin xərtələrindən ilkini Azərbaycana təhvil verməklə həm də artan kənar təzyiqdən yaxasını qurtarmağa çalışdı.

Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan minalanmış ərazilərin xəritəsini NATO toplantısındakı çıxış mətninə salmışdı.

Paşinyan NATO toplantısı başlayana qədər ilk xəritəni Azərbaycana təqdim etməklə Türkiyə Cumhurbaşqanının çıxışının minalarla bağlı hissəsinin effektini azaltmağı hədəflədi.

Ancaq Ermənistan bir xəritə ilə işini bitmiş saya bilməz, Azərbaycana bütün xəritələr təhvil verilməlidir. Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi.

Davamı gəlsin. Əgər əlimizdə olan bir qisim erməninin Ermənistana təhvil verilməsiylə seçki öncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy olsun. Robert Köçəryandansa qoy elə Paşinyan hakimiyyətinə davam etsin.

Elxan Şahinoğlu, Politoloq

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”