"Meydanda “mən” yox, yalnız “biz” olmalıyıq, başqa yol yoxdur"

15 İyun 2021 18:10 Problem 827
"Meydanda “mən” yox, yalnız “biz” olmalıyıq, başqa yol yoxdur"

Portuqaliya millisinin futbolçusu Ruben Diaş Avro-2020-dən gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi turnirin qrup mərhələsinin ilk turunda Macarıstanla oyun öncəsi deyib:

“Bizi Avro-2016-da qələbəyə aparan qaydalara riayət etməyimiz vacibdir. Bu, hər görüşə ağılla yanaşmaq və komanda oyunu oynamaq deməkdir.

Yəni meydanda “mən” yox, yalnız “biz” olmalıyıq. Başqa yol yoxdur. Bu, 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında və digər turnirlərdə də belə idi. Yarışda mümkün olan yeganə yanaşma budur".

R.Diaş Portuqaliya millisinin qələbəsini birdən-birə yüksəliş və ya təsadüf adlandırmayıb:

"Hər şey uzun illərin işinin və seçilən istedadlı kadrların nəticəsi idi. Sonra komanda oyunu ilə uğur qazandıq. İstedadlı futbolçular yaxşıdır, amma heç kim nəyisə tək əldə edilmir.

Bu komandanın uğur qazanmağının digər bir səbəbinin də oyun tərzimiz olduğuna inanıram.

Xüsusilə böyük turnirlərdə komandanın maraqları hər şeydən üstün tutulduğu və hamının ortaq bir məqsəd üçün çalışdığı zaman nəticə yaxşı olur”.

Portuqaliya bu gün Macarıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti