“Hələ bir neçə müayinədən keçməliyəm” - Kristian Eriksen

15 İyun 2021 20:10 Problem 1 241
“Hələ bir neçə müayinədən keçməliyəm” - Kristian Eriksen

“Dəstəyinizə görə çox sağ olun: bu mən və ailəm üçün çox şey deməkdir”.

Sportinfo.az xəbər verir ki, bunu Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen tvitter səhifəsində yazıb.

AVRO-2020-nin Finlandiyaya qarşı keçirilən ilk oyununda huşunu itirərək yerə yıxılan və bir müddət ürəyi dayanan ulduz futbolçunu həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub.

Hazırda xəstəxanada müayinə olunan Danimarka yığmasının aparıcı futbolçusu paylaşımında özünü daha yaxşı hiss etdiyini yazıb:

“Xəstəxanada hələ bir neçə müayinədən keçməliyəm, amma özümü yaxşı hiss edirəm. İndi növbəti matçlarda komandamıza azarkeşlik edəcəyəm. Danimarka kimi oynayın!”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”