QALMAQAL: "Ağzımdan çıxan sözlərə görə üzr istəyirəm”

15 İyun 2021 11:50 Problem 750
QALMAQAL: "Ağzımdan çıxan sözlərə görə üzr istəyirəm”

Avstriya yığmasının hücumçusu Marko Arnautoviç AVRO-2020-nin Şimali Makedoniya ilə ilk oyunundakı davranışına görə üzr istəyib.

Sportinfo.az xəbər verir ki, o, C qrupu çərçivəsində keçirilən qarşılaşmada qol vurduqdan sonra işlətdiyi ifadədən peşmandır.

59-cu dəqiqədə meydana daxil olan avstriyalı forvard 89-cu dəqiqədə matçda son nöqtəni qoyub və komandası 3:1 hesablı qələbə qazanıb.

Qol sevincini yaşayarkən “sənin alban ...” təhqirinə yol verən 32 yaşlı oyunçu irqçi sözlər işlətmək istəmədiyini deyib:

“Mən irqçi deyiləm. Hisslərimə hakim ola bilmədim. Ağzımdan çıxan sözlərə görə Makedoniya və Albaniyadan üzr istəyirəm”.

Avstriya millisi qrupda növbəti oyununu iyunun 17-də Niderlanda qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti