“Həmişə axmaq suallar verirsən” - Məşqçi jurnalisti söhbətə çağırdı

16 İyun 2021 02:24 Problem 970
“Həmişə axmaq suallar verirsən” - Məşqçi jurnalisti söhbətə çağırdı

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanla jurnalist Serjio Kirante arasında xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, hadisə Sequndanın pley-offunun “Rayo Vallekano” və “Jirona” arasında final matçından (1:2) sonra yaşanıb.

“Rayo Vallekano”da çıxış edən oğlu Lukanı izləməyə gələn fransalı mütəxəssis “Real”dan gedişi və açıq məktubu barədə suallar verən jurnalistə qəzəblənib:

“Sən eyni axmaq sualları vermək niyyətindəsən? Sənin işin rüsvayçılıqdır. Mən səni, sən də məni tanıyırsan. Sizinlə həmişə eyni hadisə baş verir. Gəl, gedək kameralarsız söhbət edək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”