Qaret Beyl Bakıda şikayətləndi: "ÇOX İSTİDİR"

14 İyun 2021 22:40 Problem 897
Qaret Beyl Bakıda şikayətləndi: "ÇOX İSTİDİR"

"Biz həqiqətən çox çalışdıq. Lakin belə isti havada istəyimizə nail olmaq çox çətindir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Bakıda Avropa çempionatının A qrupunda İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

"Real"a məxsus 32 yaşlı hücumçu bütün komanda yoldaşları ilə fəxr etdiyini bildirib:

"Oyundan sonra razılaşdıq ki, bu, bizim üçün ilk addımdır. Fiziki formamızı bərpa etməli və dərhal növbəti oyunun hazırlıqlarına başlamalıyıq.

Uels yığması ikinci oyununu iyunun 16-də Bakı Olimpiya Stadionunda Türkiyə seçməsinə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"