Ukrayna millisinin AÇ-2020 üçün formalarına düzəliş ediləcək

13 İyun 2021 15:30 Problem 766
Ukrayna millisinin AÇ-2020 üçün formalarına düzəliş ediləcək

UEFA Ukrayna milli komandasının AÇ-2020 üçün hazırlanmış formalarında Krımın Ukrayna ərazisi kimi göstərilməsini və “Слава Украине!”, “Героям Слава!” (“Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!”) yazılarının çıxarılmasını tələb edib.

Sportinfo.az xəbər verir ki, qurum bununla bağlı Ukrayna Futbol Assoiasiyasına göstəriş verib. Ukrayna yığması UEFA-nın göstərişindən sonra AÇ-2020 üçün formalara düzəliş edəcək.

UEFA-dan bildirilib ki, BMT dövlətin müvafiq sərhədlərini tanıdığı üçün formadakı Ukrayna xəritəsi qitə futbol qurumunun qaydalarını pozmur.

“Слава Украине!” şüarı da geyimdə qalacaq. Amma ikinci şüar (“Героям Слава!”) formadan çıxarılmalıdır. UEFA belə hesab edir ki, bu, birinci şüarla yanaşı yazılanda siyasi məna daşıyır.

Ukrayna yığmasının formalarının üzərində Krımın Ukrayna ərazisi kimi göstərilməsi və siyasi şüarlarının yer alması Rusiyanın narazılığına səbəb olmuşdu.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı