"İndi statusdan yox, dinc sakinlərin regiona qayıtmasından danışmaq lazımdır"

10 İyun 17:10 Problem 201
"İndi statusdan yox, dinc sakinlərin regiona qayıtmasından danışmaq lazımdır"

“Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 16:50 Qəribə olay – FOTOLAR