Makronla Putinin Qarabağa dair“yeni təşəbbüs”ü kimin mənafeyinə uyğundur?

7 May 2021 15:10 Problem 522
Makronla Putinin Qarabağa dair“yeni təşəbbüs”ü kimin mənafeyinə uyğundur?

Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər.

İki ölkənin prezidentləri Vladimir Putin və Emmanuel Makron aprelin 26-da telefonla danışmışdılar.

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinolğu bildirir ki, prezidentlərin telefon danışığından sonra Kremllə Parisin mətbuata açıqlamalarında fərq ortaya çıxmışdı: “Kremldən yayınlanan açıqlamada prezidentləri müxtəlif mövzuları, o cümlədən Ukrayna və Qarabağdakı vəziyyəti müzakirə etdikləri bildirilmişdi. Parisin mətbuata ötürdüyü açıqlamada isə fərqli cümlə yer almışdı: “Prezidentlər Qarabağda bağlı “yeni təşəbbüslər” hazırlanması barədə razılığa gəliblər”.

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Kremlin açıqlamasında məlum cümlə yox idi. Ancaq Kreml Parisdən “yeni təşəbbüslərlə” bağlı cümləyə etiraz etmədi. Yəni prezidentlər hər hansı “yeni təşəbbüsləri” müzakirə etməmişdilərsə, Kreml Parisin açıqlamasına düzəliş etməliydi. Misal üçün Rusiya prezidentinin fəal mətbuat katibi Peskov məsələyə aydınlıq gətirə bilərdi. Bunlar edilməyiblərsə, deməli prezidentlər həqiqətən Qarabağla bağlı “yeni təşəbbüslər” barədə nəsə danışıblar. Sadəcə, Kreml bu cümləni ona görə yaymayıb ki, Bakının sualları ilə üzləşməsin. Parisi isə Bakının necə reaksiya verəcəyi çoxdan maraqlandırmır. Fransa prezidenti Emmanuel Makron tərəfini ilk gündən seçib. Ona görə də açıqlamada “yeni təşəbbüslər” cümləsinə istinad ediblər”.

Bəs Paris “yeni təşəbbüslər” dedikdə nələri nəzərdə tutur?

Politoloqun fikrincə, bunu Fransanın Ermənistandakı səfirinin sözlərindən aydınlaşdırmaq olar: “Diplomatın sözlərinə görə, Fransa prezidenti “hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması” məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb. Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.

Beləliklə, Fransanın Ermənistandakı səfiri nə deyibsə hamısı Azərbaycan əleyhinədir. Fransa rəsmiləri və diplomatları “hərb əsirlər, humanitar yardım və mədəni irsin qorunması” dedikdə bütünlüklə ermənilərin maraqlarını nəzərdə tuturlar. Paris balansı qorumaq naminə bu sıraya minalanmış ərazilərin xəritələri əlavə etmək istəməyibsə, bununla bir daha ermənilərin tərəfini tutduğunu ortaya qoyub”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"