Rusiya Ermənistanın əleyhinə səs verdi

20 Aprel 13:30 Problem 280
Rusiya Ermənistanın əleyhinə səs verdi

Ötən gün AŞPA-nın yaz sessiyasında baş tutan “erməni hərbi əsirlərin, başqa əsirlərin və deportasiya edilmişlərin” məsələsinin müzakirəsi zamanı maraqlı hal qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Kamal Cəfərov məlumat verib.

O bildirib ki, sözügedən məsələnin müzakirəsindən sonra Rusiya Ermənistanın əleyhinə səs verib.

“Azərbaycan, Türkiyə, o cümlədən, Rusiya Federasiyasının 5 deputatı Ermənistanın təklifinin əleyhinə səs verib. Erməni deputatlar əsirlər məsələsinin gündəliyə daxil edilməsini istəyirdilər. Buna baxmayaraq, səsvermə nəticəsində qeyd edilən məsələ bu gün axşam müzakirə ediləcək.

Bu cür müzakirələr çox olub, ermənilərin və ermənipərəst deputatların cavablarını dünən olduğu kimi yerindəcə verəcəyik.

Müşahidəmiz ondan ibarətdir ki, ermənilər və bəzi deputatlar cənab Prezidentin regiondakı yaratdığı yeni reallığı qəbul etməkdə çətinlik çəkirlər, Qarabağın işğaldan azad olunmasına hələ də inana bilmirlər”, - deyə deputat vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti