“Bu gedişlə o erməni "manekenlər"dən əsər-əlamət qalmayacaq”

19 Aprel 2021 18:10 Problem 799
“Bu gedişlə o erməni "manekenlər"dən əsər-əlamət qalmayacaq”

Sportinfo.az xəbər verir ki, son günlər Hərbi Qənimətlər Parkını ziyarət edən şəxslərdən bir neçəsinin eksponatlarla kobud davranışı narazılığa səbəb olub.

Politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı fikrini bildirərək qeyd edib ki, bu gedişlə Hərbi Qənimətlər Parkında sərgilənən dağılmış hərbi texnikadan və manekenlərdən əsər-əlamət qalmayacaq:

“Neçə gündür sosial şəbəkələrdə parkdan görüntülərlə tanış oluram. Tankın üstünə dırmaşaraq şəkil və video yayanlar da gördüm, manekeni doğurçu erməni separatçısı bilib üzünü döyəcləyərək telefonuna çəkənin videosuna da rast gəldim.

Hərbi Qənimətlər Parkı ona görə yaradıldı ki, gənc və gələcək nəsil əldə etdiyimiz qələbə və onun miqyası ilə tanış olsun. Ancaq əgər manekenlər sındırılacaqsa, onsuz da dağılmış tankın lüləsi qırılacaqsa göstərməyə bir şey qalmayacaq.

Hərbi Qənimətlər Parkı açıq havada muzeydir. Necə ki, qapalı muzeydə hansısa eksponata əl vurmaq, onun üzərinə çıxıb şəkil çəkdirmək qadağandır, eləcə də Hərbi Qənimətlər Parkında eyni qaydalar tətbiq olunmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"