
“Bu, mənim üçün başadüşülən deyil”.
Sportinfo.az xəbər verir ki, “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev belə deyib.
O bildirib ki, uşaq məşqçiliyi maddi baxımdan ilk vaxtlar yaxşı görünməsə də, uzunmüddətli perspektiv baxımından çox böyük imkanlar yaradır:
“Bəli, ola bilər, maaşın bir müddət az olsun, amma bu işin böyük perspektivləri var. Ümumiyyətlə, uşaq məşqçiliyi çox hörmətli peşədir.
Sən inkişaf edə bilərsən, bütün ölkəni gəzə bilərsən. Mən də bir çox turnirlərdə, o cümlədən, Avropada olmuşam.
Bu, çox maraqlıdır. Hər gün uşaqların necə böyüdüyünü görürsən və sən də onlarla birlikdə böyüyürsən".
Murad Musayev 2024/2025 mövsümündə “Krasnodar”ı tarixində ilk dəfə Rusiya çempionu edib.
O, 2021-ci ilin oktyabrından 2024-cü ilin fevralına qədər “Sabah” komandasının "sükanı arxası"nda olub.