"Zirə"ni həm "Neftçi"yə görə "vururlar", həm də…

25 Fevral 2021 11:40 Problem 1 816
"Zirə"ni həm "Neftçi"yə görə "vururlar", həm də…

AFFA-da birilərinin «Zirə» ilə möhkəm problemi var.

Görməyə gözləri yoxdur bu klubu. Nədənsə belədir.

Nədirsə, nədəndirsə, çıxıb açııq deyən yoxdur. Ortada isə əməl var. Bəd isə əməl.

Onu göstərən kimdir, kimlərdir? Kimlərin əli ilə bir işlər çevirirlər? Təəssüf ki. «Zirə» ilə düşmənçilik edənlərin əlindəki «alət» hakimlərdir. O hakimlər ki, demək olar hər tur «Zirə»nin olyunun üzərində qanqal kimi bitir, tikan kimi batırlar.

Bu, Fritz Stuxikin «əməy»i deyil. açıq deyək də, o kimdir ki… Avstriyalı komitə sədri başqa dünyanın insanıdır. Həmin bu mavi aləmdən hər şey bir fərqli görünür adamın özünə.

Onun «pornoy»da bəyəndiyi hakimlər təlimatı daha üst yerdən - AFFA-nın şüşə qapılarla bloklanmış ən axırıncı mərtəbəsindən alır.

Burada əyləşən şəxs özünü üzdə bir cür aparır – tez-tez stadiona gəlir, deyir, gülür, zarafat edir. Dildə elə göstərir ki, münasibəti yaxşıdır, xoşməramlıdır, əmələ gələndə isə…

Hakimlərin əli ilə «Zirə»nin kürəyinə endirilən toppuz zərbəsinin iki başı, iki niyyəti var. Biri çoxdankı mövzudur – Orxan Məmmədovun AFFA-ya gəlmək ehtimalının yaratdığı güclü qorxu hissidir.

Artııq neçə ildir ki, federasiyanın dəhlizlərində bu tip xəbərlər dolaşır, geninə-boluna müzakirə olunur. Bu, gerçəkləşəcəyi ağlabatan görünməyən fikir olsa da, hər halda belə təəssürat yaranıb ki, biriləri AFFA-da antiMəmmədov kursu götürüb, onu ruhdan və ictimaiyyətin gözündən salmaq məqsədi güdür.

Qurşaqdan aşağı endirmək üçün hakimlərdən sui-istifadə edənlərin ikinci bəd niyyəti Rəşad Sadıqovu hədəfindən uzaq salmaqdır.

Komanda avrokubokoara vəsiqə qazanmaq iddiasındadır, hətta Premyer Liqanın gümüş medalını qazanmaq şansını saxlamaqdadır. Bu yeri isə AFFA-dakı havadarları «Neftçi» rəhbərliyi üçün «bron» edib.

Düzdür, «Neftçi» hazırda turnir cədvəlinin lideridir və «Qarabağ»ı 3 xal qabaqlayır. Ancaq bilirik ki, klub idarəçilərindən çempionluq tələb olunmayıb.

Qarşıdakı günlərdə birinciliyi əldən versələr, Kamran Quliyev və çevrəsindəkilər məhşər ayağına çəkilməyəcək. Vay o günə ki, ikinci sıra onların olmaya!

Kuboku qazanmaq vəzifəsini yerinə yetirməmiş klubun prezidenti kimi Quliyev buradan uzaqlaşdırılacaq. Dörd ildir buradadır, «Neftçi» onun idarəçiliyində titul qazanmayıb və yenə eyni hal təkrarlansa, bu dəfə, çətin ki, bağışlansın.

Bu yolda ən real maneə olaraq «Zirə»ni görürlər. Rəşad Sadıqovun komandasının açıq hakim qərəzi ilə üzləşdiyi bu dönəmdə «Neftçt» 180 dərəcə fərqli münsibət görür.

Elə «Qəbələ» ilə ötən tur keçirilən oyunu yada salmaq yetər. İnqilab Məmmədovun «Neftçi»yə bəslədiyi simpatiya «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyevin heç nədən tribunaya göndərməsindən özünü bəlli etdi.

Şərt o deyil ki, hakim «Neftçi»nin qapısına vurulan qolu saymasın. Onun oyunun gedişində bir-iki yanlış qərarı kifayətdir ki, rəqib komanda bundan «sınsın». Belə də edirlər.

Baxşıyevin tribunaya göndərilməsini görən futbolçular istər-istəməz «boşaldı», «Neftçi» də Emin Mahmudovun təsadüfi bir zərbəsiylə 3 xal qazandı.

Samir Abasovun gəlişindən sonra «Neftçi»nin parlaq oyun sərgjlədiyini iddia edənlər saxtakardır. Bu komanda baş məşqçisini dəyişəndən bəri parlaq futbolun heç «p» hərfini haqq edəcək səviyyədə baxımlı oyun nümayiş etdirmir.

Bəxtəbəxt udurlar. «Səbail»lə, «Qarabağ»la, «Qəbələ» ilə oyunlaarın hər biri bu cür keçib. Layiq olmadıqları qələbələr qazanıblar. Bunu yalnız biz demirik, eyni zamanda, belə bir etirafı

Samir Abasovun özü də dilə gətirməkdən çəkinmir.

Elə son matça verdiyi şərhdə «oyundan razı qalmadım» deməsi də fikrimizi təsdiqləyir ki, «Neftçi»nin relsə düşdüyünü yazıb-pozanlar, əslində, gözdən pərdə asır, yan amilləri görməzdən gəlir, hakim faktorunun nəticəyə təsir faizini 0-a çəkməyə can atır.

Halbuki hələlik o futbolu oynamadıqlarını Abasovun özü də söyləyir, razı qalmır, «Motor»u çəkməyən komanda üçün hakim dəstəyi, bilirsiz, nədir? Can dərmanı, quş südü, kəklikotu…

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti