Premyer Liqa hakimlərini bir yerə yığdılar ki…

9 Sentyabr 2020 00:00 Premyerliqa 587
Premyer Liqa hakimlərini bir yerə yığdılar ki…

Bakı Olimpiya Stadionunda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan hakimlər FİFA fitnes testi veriblər.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oyunlara dördüncü hakim kimi təyinat alan referilərin də qatıldığı testləri Hakimlər Komitəsinin sədri Frits Ştuxlik və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev götürüb.

Test iki hissədən ibarətdir:

Test-1 (təkrar sprint bacarığı): maksimum 6 x 40 m. 6.0 saniyə
Test-2 (məsafə testi): 75 m / 25 m (15 san / 18 saniyə) - 10 dövr

Bu gün Premyer Liqaya təyinat alan köməkçi hakimlər aşağıdakı normativlər üzrə test verəcəklər:

Test-1 (CODA),

Test-2 (təkrar sprint bacarığı)
Test-3 (Məsafə testi)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!