Ramin Musayev yenidən "Neftçi"də – SƏBƏBİ VAR

8 İyul 2020 12:58 Premyerliqa 1 410
Ramin Musayev yenidən "Neftçi"də – SƏBƏBİ VAR

Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" medallarına qovuşub.

Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olub.

PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər.

Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanaraq gümüş medalları klubun idman direktoru Ceyhun Sultanova və komandanın baş məşqçisi Füzuli Məmmədova veriblər.

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar mükafatlandırmada heç bir klubun futbolçuları iştirak etməyiblər. Medallar daha sonra klublar tərəfindən oyunçulara paylanacaq.

PFL daha əvvəl "Azersun Arena"da baş tutan mükafatlandırma mərasimində 2019/2020 mövümünün çempionu "Qarabağ"a kubok və medalları təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti