Tanınmış şəxsin oğlunu da Premyer Liqaya görəcəyik

2 İyul 2020 23:00 Premyerliqa 960
Tanınmış şəxsin oğlunu da Premyer Liqaya görəcəyik

AFFA Hakimlər Komitəsi 2020/21 mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Rəşad Əhmədov Premyer Liqa referisi, Kamran Bayramov isə köməkçi kimi təsdiqlənib.

Bundan başqa, Tural Qurbanov Birinci divizion matçlarına baş hakim, Hidayət Feyzullayev, Tərlan Talıbzadə və Vüsal Məmmədov isə köməkçi kimi təyin olunacaqlar.

Rəşad Əhmədov sabiq referi Rövşən Əhmədovun oğludur.

Xəbər Lenti