Klublar məşqlərə başlamaq üçün AFFA-nın qərarını gözləyir

31 May 13:00 Premyerliqa 365
Klublar məşqlərə başlamaq üçün AFFA-nın qərarını gözləyir

Komandalar Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsinə baxmayaraq, bu gün məşqə başlamayacaqlar.

Sportinfo.az xəbər verir ki, onlar məşqə başlamaq üçün AFFA-nın qərarını gözləyəcəklərini bildiriblər.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə "report"a açıqlamasında milli assosiasiyanın klublara qadağa qoymadığını bildirib.

Federasiya rəsmisi bu gün Klublar Komitəsinin (KK) iclasının olacağını xatırladıb: "Klublara qadağa yoxdur, sadəcə, AFFA ilə məsləhətləşmələr olmalıdır.

Çünki hazırda fərqli vəziyyətdir. Pandemiya ilə bağlı karantin rejimində idman qurğularının fəaliyyəti dayandırılıb. KK-nın iclasından sonra, yəqin ki, bütün detallar bəlli olacaq".

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçiriləcək iclasında Azərbaycan Premyer Liqasının taleyi müzakirə olunacaq. Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.

Digər Xəbərlər
Xəbər Lenti