Azərbaycanda bu klubların "batması" gözlənilir – YENİ TƏHLÜKƏ

7 Aprel 2020 12:58 Premyerliqa 1 316
Azərbaycanda bu klubların "batması" gözlənilir – YENİ TƏHLÜKƏ

SOCAR-dan maliyyələşən Premyer Liqa və I Divizion klublarının başının üzərini yenidən qara buludlar alıb.

Sportinfo.az-ın AFFA-dan əldə etdiyi məlumata görə, neft şirkətinə ona bağlı komandalara ayırdığı ümumi vəsaitin miqdarını aşağı salmaq variantını nəzərdən keçirir.

Belə demək mümkünsə, büdcənin azalması təhlükəsi yalnız «Neftçi» ilə məhdudlaşmır. Neft qiymətlərinin dünya birjasında kəskin dəyər itirməsi «ağ-qaralar»la yanaşı, SOCAR-la əlaqəli digər kollektivlərə də ciddi problem vəd edir.

Bu dəyişiklər və məhdudiyyətlər əsasən yeni mövsümdən keçərli olacaq. Yəni ki, cari «futbol ili»ni başa vurmaq mənassında bir o qədər sıxıntı gözlənilmir.

Axı bu klubların əksəriyyətində legioner futbolçular çıxış edir və onların müqavilələri beynəlxalq futbol qurumlarının tələbləri əsasında nizamlanır. Hər bir halda SOCAR-a aidiyyatlı elita təmsilçilər UEFA-nın sezonun nə vaxt bərpa olunacağıyla bağlı qərarını gözləməlidir.

Avropa futbol qurumu Premyer Liqanın qaldığı yerdən davam etdirilməsi zamanını müəyyənləşdirəndən sonra neft şirkətinin üzərinə düşəcək işin həcmi müəyyyənləşəcək.

Ola bilsin, çempionat iyunun ortası, yaxud axırı başlasın, belə olan halda isə FİFA-nın müdaxiləsi qaçılmazdır. Çünki əksər futbolçuların müqaviləsi həmin dövrdə başa çatacaq, onların hüquqi sənədlərini qiymətləndirmək səlahiyyəti yalnız FİFA-dadır.

Sözügedən təşkilat həmin oyunçuların kontraktını avtomatik uzatmaq barədə klublara tapşırıq versə, yeni mövsüm üçün büdcələrin aşağı çəkilməsi labüd olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!