“Neftçi” Şamaxı səfərində - CANLI YAYIM

14:30 Premyerliqa 74
“Neftçi” Şamaxı səfərində - CANLI YAYIM

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 12-ci tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, "Neftçi" səfərdə "Araz-Naxçıvan"ın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da başlayacaq. "Ağ-qaralar" son 8 oyunda məğlub olmayıb. Naxçıvan kollektivi isə cari mövsüm qələbə üzünə həsrətdir.

Bakı komandası 24 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Bölgə kollektivi isə 4 xalla sonuncu - on ikinci sırada qərarlaşıb.

"Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edəcək. qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.

Matçda anşlaqın olması gözlənilir.

Ağdam təmsilçisi dörd oyundur ki, qələbə qazana bilmir. Komanda son üç matçda rəqib qapılarına qol vurmağı bacarmayıb.

Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv cari mövsüm doğma meydanda keçirdiyi matçlarda olduqca uğurlu qrafik cızıb. "Sarı-göylər" altı ev oyununda üç qələbə qazanıb, iki dəfə heç-heçə edib və cəmi 1 qarşılaşmada uduzub.

Tərəflər arasında son iki görüşdə gəncəlilər qələbəni bayram edib. Komandalar bu günə kimi ölkə çempionatında 64 dəfə qarşılaşıblar.

Bu duellərin 16-da "Kəpəz", 36-da "Qarabağ" meydanı qalib tərk edib, 12 oyunda isə qalib müəyyənləşməyib.

Hazırda turnir cədvəlində "köhlən atlar" 19 xalla beşinci, qərb təmsilçisi isə 17 xalla altıncıdır.

Turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" isə "Şəfa"nı (2:0) məğlub edib.

14:30. "Araz-Naxçıvan" – "Neftçi" 0:0

"Araz-Naxçıvan”: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 2. Abdulla Rzayev 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes

Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 13. Qabil Əlizadə 21. İbrahim Piriyev 10. Şarl Boli 19. Abdullah Sudi

“Neftçi”: 1. Emil Balayev (k) 14. Elvin Bədəlov 3. Rüfət Abbasov 5. İqor Ribeyro 97. Bassala Sambu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 10. Freddi Varqas 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 8. Emin Mahmudov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 18. İfeanyi Metyu 55. Endryu Qravilyon 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 11. Alen Şkribek 27. Draqolyub Saviç

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Əliyar Ağayev

VAR: Fərid Hacıyev

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Şamaxı şəhər stadionu

17:00. "Kəpəz" – "Qarabağ"

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Tərlan Talıbzadə, Ruslan Quliyev

VAR: Əkbər Əhmədov

AVAR: Rəhman İmami

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Gəncə şəhər stadionu.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!