UEFA-dan AFFA-ya məktub: "Çempionatı ləğv etməyin"

3 Aprel 2020 14:08 Premyerliqa 1 008
UEFA-dan AFFA-ya məktub: "Çempionatı ləğv etməyin"

UEFA yerli çempionatların vaxtından əvvəl tamamlanmasının əsassız qərar olduğunu düşünür.

Sportinfo.az xəbər verir ki, bu barədə quruma üzv 55 milli assosiasiyaya göndərilmiş məktubda bildirilir.

UEFA cari çempionatları ləğv etməməyi tövsiyə edərək, futbolun yaxın gələcəkdə bərpa olunacağına ümidvar olduğunu vurğulayıb: "Bu mərhələdə daxili yarışlardan imtina etmək üçün verilən hər hansı qərar əsassızdır.

Yaxın aylarda futbol dövlət orqanlarının tələb etdiyi şərtlərlə davam edə bilər. Turnirlərin qaliblərinin yalnız nəticələr əsasında müəyyənləşdirilməsi lazımdır. Heç bir alternativ qalmadıqda mövsümün başa çatdırılması son seçim olmalıdır".

Qurumdan o da vurğulanıb ki, pandemiyanın yarışların qaydalara uyğun keçirilməsinə mane olmaması da zəruridir. Daha öncə Belçikada çempionat ləğv olunub və "Brügge" çempion elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 18:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 03:40 Vüsal əməliyyat edildi