10-cu görüş

6 Dekabr 2019 14:20 Premyerliqa 934
10-cu görüş

Həftəsonu Premyer Liqada mövsümün ilk yarısı başa çatacaq. Sportinfo.az xəbər verir ki, “Zirə” 2019-cu ilin sonuncu turunda qarşılaşacağı “Səbail”lə yubiley - 10-cu çempionat görüşünə çıxacaq.

Premyer Liqada İlk dəfə 2017/18 mövsümündə görüşən komandalar indiyədək 9 dəfə üz-üzə gəlib. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədir. 4 qələbəsi olan komanda 2 heç-heçə edib və 3 dəfə uduzub. Bu məğlubiyyətlərdən biri texniki nəticə olub. 13 qolun vurulduğu matçlarda top fərqi də “Zirə”nin xeyrinədir – 8:5. “Səbail”lə qarşılaşmalarda 7 futbolçu qol sevinci yaşayıb. Xulio Sezar Rodrigez rəqib qapısına 2 dəfə yol tapıb.

5-ci dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək “Zirə” əvvəlki 4 oyunda 1 qələbə qazanıb, 2 heç-heçə edib. Ev oyunundan yalnız bir dəfə xalsız ayrılan komanda 4 qol vurduğu matçlarda eyni sayda top buraxıb.
Qeyd edək ki, “Zirə” – “Səbail” matçı dekabrın 8-də baş tutacaq.

2017/18 mövsümü
13.08.2017. Zirə - Səbail - 2:1
Milan Duriç, 3; Riçard Qadze, 17 // Vüqar Nadirov, 43
03.12.2017. Səbail - Zirə - 0:1
Adil Nağıyev, 39
14.03.2018. Zirə - Səbail - 1:1
Aleksandr Dedov, 17 // Nikoloz Apakidze, 54
05.05.2018. Səbail - Zirə - 0:1
Müşfiq İlyasov, 16
2018/19 mövsümü
15.09.2018. Səbail - Zirə - +:-
04.11.2018. Zirə - Səbail - 0:0
10.02.2019. Səbail - Zirə - 0:2

Xulio Sezar Rodrigez, 2; Sadio Tounkara, 90+5
30.03.2019. Zirə - Səbail - 1:2
Xulio Sezar Rodriqez, 69 // Ağabala Ramazanov, 41; Şəhriyar Rəhimov, 90+4

2019/20 mövsümü
18.08.2019. Səbail - Zirə - 1:0

Yevgeni Koçuk, 80 (p.)

Digər Xəbərlər
Xəbər Lenti