Ramin Quliyev: "Bunlar bəhanə deyil"

10 Noyabr 2019 19:07 Premyerliqa 751
Ramin Quliyev: "Bunlar bəhanə deyil"

Rəqibi təbrik edirəm. İlk hissə bərabər oyun oldu - Sportinfo.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan Premyer Liqasının 11-ci turunun "Sabah"-"Sumqayıt" (1:3) qarşılaşmasından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Ramin Quliyev verib. Gənc məşqçi komandasının heyətindəki itkiləri qabartsa da, "Sumqayıt"ın layiqli qələbə qazandığını vurğulayıb.

"İkinci hissədə biz də qol vura bilərdik, rəqib də. Müdafiədə səhvlərimiz oldu. Qol imkanlarımızdan yararlana bilmədik. Ulisse Diallonun qol vura bilmədiyi epizod matçın qırılma anı idi. Bu gün ikinci hissədə "Sumqayıt" daha üstün oynadı. Bəxt amili də sözün dedi. Biz vurmadıq, epizodun davamında rəqib vurdu. Yəni, taktiki baxımdan problem yoxdur. Biz imkanlardan istifadə edə bilmədik. Rəqib layiqli qələbə qazandı. Heyətdə itkilərimiz vardı. Rəşad Eyubov neçə məşqdir yoxdur. Coşqun Diniyev də zədəlidir. Ancaq bunlar bəhanə deyil. Rəqib ikinci hissədə oyunu ələ aldı və qələbə qazandı. "Sumqayıt" bizdən daha istəkli idi. Amma bəxt amili də öz sözünü dedi. Cavid İmamverdiyevin durumu ilə bağlı hələ dəqiq nəsə demək olmaz. Həkimdən soruşduq, yüngül zədə olduğunu dedilər. Qarşıda fasilə var, zədəlilərin qayıtması komandaya fayda verəcək. Qışa kimi 3 oyunumuz var. Bu legionerlərin içərisində komandaya uyğunlaşan da var, uyğunlaşmayan da. Yenə də baxılacaq. Hansısa legioner haqda indi qərar vermək çətindi. Ulisse Diallo ilə Cavid İmamverdiyev arasındakı mübahisəyə gəlincə, baş məşqçimiz paltardəyişmə otağında da bu haqda danışdı. Dedi ki, belə şeylər olmaz, gələcəkdə yol verilməsin. Emosiya ilə bağlı idi. Ancaq istənilən halda bu yolverilməzdir”.

Y

Digər Xəbərlər
Xəbər Lenti