8 komandanın adını çəkdi - DÇ-2022-nin favoriti kimi

17 Noyabr 2022 15:40 Dünya çempionatı 1 012
8 komandanın adını çəkdi - DÇ-2022-nin favoriti kimi

Belçika millisinin baş məşqçisi Roberto Martines bu il Qətərdə keçiriləcək dünya çempionatındakı favoritlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Martines favorit kimi gördüyü 8 milli komandanın adını çəkib:

“Bu komandaların adlarını çəkmək istəyirəm: Belçika, Fransa, Xorvatiya, İngiltərə, İspaniya, Almaniya, Argentina və Braziliya. Ancaq bu komandalardan hansının uğur qazanmaq üçün şansının daha çox olduğunu dəqiq deməyəcəm”.

Qətərdəki dünya çempionatı noyabrın 20-dən noyabrın 18-dək keçiriləcək. DÇ-nin son qalibi Fransa yığmasıdır.

Belçika millisi Kanada, Mərakeş və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq. Belçikalılar ilk oyunda noyabrın 23-də Kanada millisi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!