
Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, hər iki matçda paytaxt klubları bölgə təmsilçilərini qəbul edəcəklər.
İlk olaraq “Zirə” ilə “Qəbələ” meydana çıxacaq. Bu komandalar Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqiblər sayılırlar.
“Qəbələ” səfərdə qalib gələcəyi təqdirdə, rəqibi ilə xal fərqini 2-yə endirəcək.
Bu görüşün ardından “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Son 7 görüşdə rəqibini məğlub edə bilməyən “Sumqayıt” iki illik tilsimi qırmağa çalışacaq.
Hazırda “Neftçi” 41 xalla üçüncü, “Zirə” 31 xalla dördüncü, “Qəbələ” 26 xalla beşinci, “Sumqayıt” isə 15 xalla səkkizinci yerdə qərarlaşır.
Turun ilk matçında “Kəpəz” və “Qarabağ” birincilərin meydanında qollu heç-heçə ediblər – 1:1. Fevralın 6-da “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək.
5 fevral
16:00. “Zirə” – “Qəbələ” 2:2
Qollar: Dmitrios Çantakias, 14, Loris Broqno, 57 - Rafael Utziq, 2, Felipe Santos, 77
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu
“Zirə”: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 47. Mohamed Hamdaui, 70. İssa Cibrila, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 16. Nicat Əliyev, 91. Ramon Maçado, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
18:30. “Neftçi” – “Sumqayıt” 2:0
Qollar: Solomon Kvrekveliya, 54, Mateus Saldanya, 62
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
“Sumqayıt”: 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov